- İspaniya L.L.
- 22:56 22.11.2024
“Barselona” La Liqanın 17-ci turunda “Hueska” ilə səfər oyununa avtobusla gedib.
Corner.az xəbər verir ki, bu barədə "Onze TV" məlumat yayıb. Bildirilib ki, iki şəhər arasında yolun təyyarə və avtobusla təxminən eyni vaxtda olması səbəbindən bu addım atılıb. Şəhərlər arasında 229 kilometr məsafə var.
"Barselona" hazırkı maddi vəziyyətini nəzərə alaraq klub üçün vacib olan avtobus gəzintisi sayəsində 30 min avro qənaət etməyi bacarıb.
Qeyd edək ki, “Barselona” sözügedən görüşdə 1:0 hesabı ilə qalib gəlib.