30 iyun 2026. Çərşənbə axşamı

Zidan karantinə alındı


Zidan karantinə alındı

"Real”ın baş məşqçisi Zinəddin Zidan karantinə alınıb.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb 48 yaşlı mütəxəssisin koronavirusa yoluxmuş şəxslə təmasda olmasıdır. 

Fransalı mütəxəssis komandanın  son məşqində iştirak etməyib. Zidanın artıq koronavirus testi verdiyi və nəticənin neqativ olduğu vurğulanıb. Lakin qaydalara görə, o, ikinci dəfə test verməlidir. Həmin testin də cavabı neqativ olsa, baş məşqçi komandaya qayıtmasına icazə veriləcək. Növbəti testin cavabına qədər o, karantində qalacaq.

Qeyd edək ki, "Real"ın növbəti oyunu sabah səfərdə "Osasuna"ya qarşı olacaq.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"