Messi Real Madrid'lə oyunda iştirak edəcək?
İspaniya La Liqasının 22-ci turunun Valencia ilə dünənki matçda zədələnən Barcelona'nın kapitanı Lionel Messinin durumuna aydınlıq gəlib.
Corner.az xəbər verir ki, Kataloniya klubundan verilən açıqlamada argentinalı futbolçunun zədəsinin ciddi olmadığı bildirilib.Oyunun 70-ci dəqiqəsində sağ ayağının bud nahiyyəsindən xəsarət alan 31 yaşlı hücumçunun tibbi müayinəyə ehtiyac olmadığı vurğulanıb.Bu isə, Messinin İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin Real Madrid'lə ilk oyununu buraxmaması deməkdir.Qeyd edək ki, kubokda ilk matç fevralın 6-da, cavab görüşü isə 3 həftə sonra olacaq.