5 oktyabr 2026. Bazar ertəsi

Messinin özü qərarı verəcək


Messinin özü qərarı verəcək

"Barselona"nın baş məşqçisi Ronald Kuman hücumçu Lionel Messinin vəziyyətindən danışıb.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, İspaniya Superkubokunun finalında "Atletik"lə görüşdə iştirakının sual altında olan argentinalı oyunçu ilə bağlı deyib:

“Dünən fərdi olaraq məşq etdi və bu gün necə hiss etdiyini görəcəyik. Qərarı özü verəcək, bədənini bilir. Gözləyək görək, hansı vəziyyətdə olacaq. Onun matçda iştirak edəcəyinə ümid edirik.

Messi meydanda olsa, komanda daha güclüdür və qazanmaq üçün daha çox fürsətimiz var. Ancaq orada olmasa, "Barselona" yenə də öz futbolunu oynamağa çalışacaq. Yüz faiz hazır olmalıdır, bu mövsümün son oyunu deyil".

Qeyd edək ki, final görüşü bu gün saat 24:00-da başlayacaq.(qol)







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”