5 oktyabr 2026. Bazar ertəsi

Messi sərt cəzalandırıla bilər


Messi sərt cəzalandırıla bilər

"Barselona"nın futbolçusu Lionel Messi 4 oyunluq cəzalana bilər.

Corner.az "Marca"ya istinadən xəbər verir ki, buna səbəb 33 yaşlı hücumçunun ölkə superkubokunun finalında "Atletik"in oyunçusu Asyer Vilyalibreni vurması olub.

Qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış Messi qırmızı vərəqə alaraq meydandan qovulub. Argentinalı futbolçu klub karyerasında ilk dəfə qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, "Atletik" final matçının əlavə vaxtında "Barselona"ya 3:2 hesabı ilə qalib gəlib.







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”