24 noyabr 2024. Bazar günü

Atletiko CAS-a müraciət etdi


Atletiko CAS-a müraciət etdi

"Atletiko" klubu futbolçusu Kiran Tripyerin 10 oyunluq diskvalifikasiya cəzasının təxirə salınması üçün növbəti dəfə apellyasiya şikayəti verib.

Corner.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, Madrid təmsilçisi bu dəfə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

30 yaşlı müdafiəçi 2019-cu ildə dostlarına "Tottenhem"dən "Atletiko"ya keçəcəyi ilə bağlı mərc etməyi məsləhət gördüyü üçün cəzalandırılıb. Klub məsələ ilə bağlı FIFA-ya şikayət etsə də, qitə futbol qurumu oyunçunu bağışlamayıb.

CAS "Atletiko"nun şikayətini təmin etməsə, Tripyer bundan sonra daha 9 oyunu buraxmalı olacaq.

Qeyd edək ki, Kiran Tripyer "Atletiko"ya 2019-cu ilin yayında transfer olunub.







İspaniya L.L.

Yamal komanda ilə məşq etmədi
  • İspaniya L.L.
  • 16:16 21.11.2024
Yamal komanda ilə məşq etmədi
Endrik "Real Madrid"i tərk etməyəcək
  • İspaniya L.L.
  • 15:28 21.11.2024
Endrik "Real Madrid"i tərk etməyəcək