5 oktyabr 2026. Bazar ertəsi

Raul Qonzales koronavirus'a yoluxdu


Raul Qonzales koronavirus'a yoluxdu

"Real"ın sabiq futbolçusu Raul Qonsalesdə koronavirus aşkarlanıb.

Corner.az AS nəşrinə istinadən xəbər verir ki, hazırda "kral klubu"nun ikinci komandası "Kastilya"nı çalışdıran veteran futbolçu karantinə alınıb.

44 yaşlı mütəxəssisin xəstəliyi simptomsuz keçirdiyi bildirilib. İspaniyalı çalışdırıcının Sequnda B-də "Xetafe"nin əvəzedici komandası ilə oyun zamanı texniki zonada yer almayacaq.

Qeyd edək ki, 1994-2010-cu illərdə "Real Madrid"in formasını geyinmiş əfsanəvi forvard 550 oyunda 228 qol vurub. 







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”