- İspaniya L.L.
- 22:56 22.11.2024
“Real”ın baş məşqçisi Zinəddin Zidan ən azı mövsümün sonadək klubdan ayrılmayacaq.
Corner.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
48 yaşlı mütəxəssisin komandası ötən gün İspaniya kubokundan 3-cü liqa təmsilçisi “Alkoyano” tərəfindən kənarlaşdırılıb. Buna baxmayaraq, fransalı çalışdırıcı istefa vermək niyyətində deyil.
Həmçinin, "Kral klubu"nun rəhbərliyinin də Zidanı qovmağı planlaşdırmadığı vurğulanıb. Zidanın Madriddəki gələcəyinə mövsümün sonunda aydınlıq ələcək.
Qeyd edək ki, “Real” hazırda La Liqanın turnir cədvəlində 37 xalla 2-cidir və lider "Atletiko"dan 4 xal geri qalır.