30 yanvar 2026. Cümə

İsrafilov üçün 85 dəqiqə, 3 xal


İsrafilov üçün 85 dəqiqə, 3 xal
İspaniya 2-ci liqasında 22-ci turun oyunları keçirilib.
 
Corner.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv öz meydanında “Saraqosa” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə qazanıb - 1:0.
 
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib.
 
“Albasete” 21 oyuna topladığı 18 xalla 22 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.






İspaniya L.L.

“Real Madrid”in yay planı
  • İspaniya L.L.
  • 20:01 28.01.2026
“Real Madrid”in yay planı