İspaniya La Liqasında 20-ci turun oyunlarına start verilib.
Corner.az xəbər verir ki, bu gün daha dörd görüş baş tutub.
“Hueska” – “Vilyarreal” və “Real Sosyedad” – “Betis” matçlarında qalib müəyyənləşməyib. “Sevilya” isə “Kadis”i 3 cavabsız qolla məğlub edib.
İspaniya kuboku ilə vidalaşan “Real” bu turda səfərdə “Alaves”lə qarşılaşıb. Madrid təmsilçisi bu oyunda darmadağınla qələbə qazanıb.
İspaniya La Liqası
20-ci tur
22 yanvar
Levante – Valyadolid 2:2
Qol: D.Qomes, 62. Rocer, 83 – Alkaras, 73. Plano, 78.
23 yanvar
Hueska – Vilyarreal 0:0
Sevilya – Kadis 3:0
Qol: En Nesiri, 35; 39; 62.
Real Sosyedad – Betis 2:2
Qol: İsak, 48. Oyarzabal, 57 – Kanales, 86. Xoakin, 90+2.
Alaves – Real 1:4
Qol: Xoselu, 59 – Kazemiro, 15. Benzema, 41; 70. Hazard, 45+1.