30 iyun 2026. Çərşənbə axşamı

Sevilya və Barselona 1/4 finalda


Sevilya və Barselona 1/4 finalda
İspaniya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, bu gün daha üç görüş baş tutub. 
 
“Sevilya” öz meydanında “Valensiya” səddini darmadağınla keçib. Səfərdə “Rayo Valyekano”nun qonağı olan “Barselona” da qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanıb. 
 
“Almeriya” – “Osasuna” görüşündə isə əsas və əlavə vaxtda hesab açılmayıb. Bu səbəbdən də qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Almeriya” növbəti mərhələyə vəsiqə qazanıb.
 
İspaniya kuboku
1/8 final
 
26 yanvar
 
Valyadolid – Levante – 2:4
Qol: Toni, 13. Vaysmann, 65 – Bardi, 23. Malsa, 45. Koke, 59.
 
Jirona – Vilyarreal 0:1
Qol: Pino, 19.
 
Betis – Real Sosyedad 3:1
Qol: Kanales, 79. B.İqlesias, 96; 111 – Oyarzabal, 13.
 
27 yanvar
 
Sevilya – Valensiya 3:0
Qol: De Yonq, 20; 33. Rakitiç, 38.
 
Almeriya – Osasuna 0:0 (penaltilər 5:4)
 
Rayo Valyekano – Barselona 1:2
Qol: F.Qarsiya, 63 – Messi, 69. De Yonq, 80.






İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"