- İspaniya L.L.
- 22:56 22.11.2024
"Real"ın prezidenti Florentino Peres komandanın hücumçusu Kərim Benzemanın 2016-cı ildən bəri Fransa milllisinə çağırılmamasına münasibət bildirib.
Corner.az goal.com-a istinadən xəbər verir ki, o, bununla bağlı deyib: “Bu, böyük bir qarışıqlıqdır. Heç kim başa düşə bilməz ki, niyə özlərini dünyanın ən yaxşı oyunçularından birinin varlığından məhrum etməlidirlər.
Benzemanın nümunəvi davranışını qeyd etmək istərdim. Komanda yoldaşları tərəfindən çox yüksək qiymətləndirilir. Benzema peşəkarlıq, fədakarlıq, təvazökarlıq kimi dəyərləri özündə cəmləşdirir. O, heç vaxt meydandan kənarlaşdırılmayıb.
Biz onunla çox fəxr edirik. Kərim haqqında yalnız müsbət fikirlər söyləyə bilərəm. Buna görə niyə Fransa üçün oynamadığını anlamıram".
Xatırladaq ki, Benzema millidəki sabiq komanda yoldaşı Mateyu Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün 2015-ci ildən Fransa yığmasından uzaqlaşdırılıb və indiyə kimi milliyə çağırılmayıb.