24 mart 2026. Çərşənbə axşamı

Barselona'nın Messiyə olan borcu açıqlandı


Barselona'nın Messiyə olan borcu açıqlandı

"Barselona" klubunun futbolçusu Lionel Messiyə olan borcu bəlli olub.

Corner.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi yanvarın sonunadək 33 yaşlı hücumçuya 72 milyon avro ödəməli idi.

Lakin argentinalı oyunçu 8,5 milyon avro alıb. Beləliklə, klub Messiyə maaş və imic hüquqlarına görə 63,5 milyon avro borcludur.

Qeyd edək ki, İspaniya mətbuatı Messinin 2017-ci ildə imzaladığı 4 illik müqaviləyə əsasən 555 milyon avro qazanmalı olduğunu yazıb. 2005-ci ildən "Barselona"da çıxış edən hücumçunun klubla müqaviləsi bu il iyunun 30-da başa çatacaq. 







İspaniya L.L.

"Sevilya" baş məşqçisiz qaldı
  • İspaniya L.L.
  • 20:16 23.03.2026
"Sevilya" baş məşqçisiz qaldı
"Bernal çox ağıllı oyunçudur"
  • İspaniya L.L.
  • 15:32 23.03.2026
"Bernal çox ağıllı oyunçudur"
Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi
 “Barselona”ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 19:59 22.03.2026
“Barselona”ya bir qol bəs etdi