7 may 2026. Cümə axşamı

Barselona yarımfinalda


Barselona yarımfinalda
 İspaniya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
“Sevilya” səfərdə aşağı liqa təmsilçisi “Almeriya”nın qonağı olub.Əndəlüs təmsilçisi bu oyunda minimal hesabla qalib gəlməklə ilk yarımfinalçı olub.
 
İkinci oyun günündə “Levante” “Vilyarreal”la, “Qranada” “Barselona” ilə qarşılaşıb. Hər iki oyunda qalib əlavə vaxtda müəyyənləşib. “Levante” və “Barselona” çətin qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
 
İspaniya kuboku
1/4 final
2 fevral
 
Almeriya – Sevilya 0:1
Qol: Okampos, 67.
 
3 fevral
 
Levante – Vilyarreal 1:0
Qol: Rocer, 120+1.
 
Qranada – Barselona 3:5
Qol: Kenedi, 33. Soldado, 47. Fede, 103-pen – Qrizmann, 88; 100. Alba, 90+2; 113. De Yonq, 108.






İspaniya L.L.

“Real”ın müdafiəçisi zədələndi
  • İspaniya L.L.
  • 21:22 04.05.2026
“Real”ın müdafiəçisi zədələndi