30 yanvar 2026. Cümə

Barselona'nın müdafiəçisinə 12 oyunluq cəza verilə bilər


Barselona'nın müdafiəçisinə 12 oyunluq cəza verilə bilər

İspaniya Futbol Federasiyası (RFEF) "Barselona"nın futbolçusu Jerar Pikeni cəzalandıra bilər.

Corner.az "sport.es" saytına istinadən xəbər verir ki, qurum ispaniyalı müdafiəçinin hakimlərlə bağlı səsləndirdiyi fikiləri araşdırır.

34 yaşlı oyunçu yerli mətbuata açıqlamasında bildirib ki, ölkədə referilərin 85 faizi "Real"a rəğbət bəsləyir: "Onlar digər komandaların lehinə daha çox qərar verə bilmirlər. Bununla belə, hakimlərin peşəkarlığına hörmət edir, lazım olanda əllərindən gələni etməyə çalışdıqlarını bilirəm".

RFEF-in intizam qaydalarına əsasən, referilərlə bağlı bu cür ifadələr işlədənləri minimum 4, maksimum 12 oyunluq diskvalifikasiya gözləyir. Həmçinin qaydalarda 600 avrodan 3000 avroyadək cərimə də nəzərdə tutulub.







İspaniya L.L.

“Real Madrid”in yay planı
  • İspaniya L.L.
  • 20:01 28.01.2026
“Real Madrid”in yay planı