30 iyun 2026. Çərşənbə axşamı

Suares Ronaldonun rekordunu üstələdi


Suares Ronaldonun rekordunu üstələdi

İspaniya La Liqanın 22-ci turunda “Atletiko Madrid” doğma meydanda “Selta”nı qəbul edib.

Corner.az xəbər verir ki, “Vanda Metropolitano” stadionunda keçirilən görüş 2:2 hesabı ilə yekunlaşıb. Madrid klubunun hücumçusu Luis Suares oyunda dubl edib.

Beləliklə, 34 yaşlı futbolçu “Atletiko”nun formasını geydiyi 17 oyunda 16 dəfə fərqlənərək, 21-ci əsrdə özünün debüt mövsümündə ən çox qol vuran futbolçu olub. Bunun üçün ona ən qısa oyun vaxtı lazım gəlib. Əvvəlki rekord göstərici 2009/2010 mövsümündə “Real Madrid”in heyətində 17 oyunda 15 qol vuran Kriştiano Ronaldoya məxsusdur.

Qeyd edək ki,  uruqvaylı hücumçu 2020-ci ilin sentyabrında "Barselona"dan ayrılaraq müstəqil agent kimi "Atletiko"ya qoşulub. Onun Madrid klubu ilə müqaviləsi 2022-ci ilin yayına qədər qüvvədədir.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"