24 mart 2026. Çərşənbə axşamı

Barselona'ya qol vursam, qeyd etməyəcəm - Rakitiç


Barselona'ya qol vursam, qeyd etməyəcəm - Rakitiç

"Sevilya”nın futbolçusu İvan Rakitiç İspaniya kubokunun yarımfinalında sabah “Barselona” ilə keçiriləcək görüşlə bağlı açıqlama verib.

Corner.az xəbər verir ki, “AS” nəşrinə danışan 32 yaşlı yarımmüdafiəçi keçmiş komandasına qol vuracağı təqdirdə sevincini çılğın şəkildə qeyd etməyəcəyini bildirib:


“Qol vursam, bunu qeyd etməyəcəyəm. Barselonada çox gözəl anlar yaşamışam. Qızım orada doğuldu. Şəhərdə dostlarım çoxdur. Yerli azarkeşlər məni sevirlər və bu qarşılıqlıdır. “Barselona” azarkeşləri onlara qarşı davranışıma görə hətta mənə mükafat da veriblər”.

Qeyd edək ki, Rakitiç 2014-cü ildən 2020-ci ilədək "Barselona"da çıxış edib.







İspaniya L.L.

"Sevilya" baş məşqçisiz qaldı
  • İspaniya L.L.
  • 20:16 23.03.2026
"Sevilya" baş məşqçisiz qaldı
"Bernal çox ağıllı oyunçudur"
  • İspaniya L.L.
  • 15:32 23.03.2026
"Bernal çox ağıllı oyunçudur"
Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi
 “Barselona”ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 19:59 22.03.2026
“Barselona”ya bir qol bəs etdi