5 oktyabr 2026. Bazar ertəsi

Real'da Benzema şoku


Real'da Benzema şoku
 “Real” klubu ciddi itki ilə üzləşib.
 
Corner.az xəbər verir ki, “Madrid klubu”nun hücumçusu Kərim Benzema sıradan çıxıb.
 
Bu barədə komandanın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.
 
Fransız mütəxəssis, Benzemanın La Liqanın 24-cü turu çərçivəsində “Valyadolid”ə qarşı keçirəcəkləri səfər matçını buraxacağını bildirib.
 
Fransalı hücumçu Çempionlar Liqasının 1/8 finalının “Atalanta” ilə ilk oyununda da iştirak etməyə bilər.
 
Madrid klubunda Serxio Ramos, Eden Hazard, Marselo, Dani Karvaxal, Eder Militao, Alvaro Odriosola, Federiko Valverde və Rodriqo da zədəlidir.
 
Qeyd edək ki, bu gün keçiriləcək “Valyadolid” - “Real” matçına saat 00:00-da start veriləcək.






İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”