24 noyabr 2024. Bazar günü

Həkim demişdi ki, ayağın kəsilə bilər - Mendi


Həkim demişdi ki, ayağın kəsilə bilər - Mendi

"Real"ın futbolçusu Ferlan Mendi uşaq vaxtı ciddi problemlər yaşayıb.

Corner.az-ın məlumatına görə, bu barədə 25 yaşlımüdafiəçi UEFA-nın rəsmi saytına açıqlamasında bildirib. Fransalı futbolçu, PSJ akademiyasında 7 il keçirdikdən sonra 18 yaşında klubun akademiyasına daxil olmağa az qalmış zədələndiyini xatırlayıb. Mendi baldır artriti və infeksiyadan əməliyyat olunduğunu və xəstəxanada uzun müddət müalicə aldığını söyləyib. Onun sözlərinə görə, əməliyyatdan sonra həkim bir daha futbol oynaya bilməyəcəyini, hətta ayağının kəsilməsinin mümkünlüyünü deyib.

Mendi 3 ayadək gips sarğısında, daha sonra əlil arabasında və əsa ilə gəzdikdən sonra yeriməyə başlayıb. Lakin o, hamıya futbola qayıdacağını söyləyib: "Bir çox insan düşünürdü ki, bu, mümkünsüzdür. Lakin mən gəzməyi öyrəndim və 1,5 il baldır ağrıları ilə futbol oynadım. İki il əvvəl ən yaxşı sol cinah müdafiəçisi seçildim. Yəni, məndə hər şey yaxşı alındı".

Qeyd edək ki, Ferlan Mendi "Real Madrid"ə 2019-cu ilin yayında Fransa "Lion"undan 48 milyon avroya keçib.







İspaniya L.L.

Yamal komanda ilə məşq etmədi
  • İspaniya L.L.
  • 16:16 21.11.2024
Yamal komanda ilə məşq etmədi
Endrik "Real Madrid"i tərk etməyəcək
  • İspaniya L.L.
  • 15:28 21.11.2024
Endrik "Real Madrid"i tərk etməyəcək