24 mart 2026. Çərşənbə axşamı

Simeone Araqonesə çatdı


Simeone Araqonesə çatdı
"Atletiko” İspaniya la Liqasının 25-ci turunda səfərdə “Vilyarreal”a qalib gəlib.
 
Corner.az xəbər verir ki, 2:0 hesabıyla bitən görüş Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub.
 
Belə ki, argentinalı mütəxəssis “Atletiko”nun “sükanı arxasında” 308-ci qələbəsinə sevinib.
 
Simeone “Atletiko”nun tarixində ən çox qələbə qazanan Luis Araqonesin rekordunu təkrarlayıb. Lakin Simeone buna daha az oyunda nail olub. O, Madrid təmsilçisi ilə 308 qələbəyə 512, Araqones isə 612 matçda çatıb.
 
Simeone 2011-ci ildən “Atletiko”nu çalışdırır. Onun rəhbərlik etdiyi komanda bu mövsüm La Liqada 24 oyuna topladığı 58 xalla vahid liderdir.






İspaniya L.L.

"Sevilya" baş məşqçisiz qaldı
  • İspaniya L.L.
  • 20:16 23.03.2026
"Sevilya" baş məşqçisiz qaldı
"Bernal çox ağıllı oyunçudur"
  • İspaniya L.L.
  • 15:32 23.03.2026
"Bernal çox ağıllı oyunçudur"
Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi
 “Barselona”ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 19:59 22.03.2026
“Barselona”ya bir qol bəs etdi