15 may 2026. Cümə

İspaniya Kubokunun ilk finalçısı müəyyənləşdi


İspaniya Kubokunun ilk finalçısı müəyyənləşdi
İspaniya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
“Sevilya” səfərdə “Barselona”nın qonağı olub. İlk oyunda uduzmuş Kataloniya təmsilçisi cavab görüşündə bu topların əvəzini çıxmağı bacarıb. Qalib isə əlavə vaxtda müəyyənləşib. Əlavə vaxtda daha bir qol vurmağı bacaran “Barselona” ilk finalçı olub.
 
Digər finalçının adına “Levante” - “Atletik” görüşündə aydınlıq gələcək.
 
İspaniya kuboku
Yarımfinalın cavab oyunları
3 mart
 
Barselona - Sevilya 3:0 (ilk oyun 0:2)
Qol: Dembele, 12. Pike, 90+4. Breytveyt, 95.






İspaniya L.L.

 “Valensiya” evdə xal itirdi
  • İspaniya L.L.
  • 23:47 14.05.2026
“Valensiya” evdə xal itirdi
Mbappe “Real”ın heyətinə qayıtdı
  • İspaniya L.L.
  • 21:51 14.05.2026
Mbappe “Real”ın heyətinə qayıtdı