18 avqust 2026. Çərşənbə axşamı

Barselona'nın müdafiəçisi yenidən zədələndi


Barselona'nın müdafiəçisi yenidən zədələndi

"Barselona"nın müdafiəçisi Jerar Pike yenidən zədələnib.

Corner.az klubun rəsmi tvitter hesabına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu  "Sevilya"nı 3:0 hesabı ilə məğlub etdikləri yarımfinal mərhələsinin cavab görüşündə sıradan çıxıb.

İspaniyalı oyunçu sağ dizindən xəsarət alıb. Onun nə vaxt sıraya dönəcəyi barədə açıqlama verilməyib.

Qeyd edək ki, Jerar Pike 2020-ci ilin noyabrından sağ dizindəki problemə görə oynaya bilməyib. 







İspaniya L.L.

“Barselona” “Bazel”i məğlub edib
  • İspaniya L.L.
  • 20:52 16.08.2026
“Barselona” “Bazel”i məğlub edib