20 dekabr 2025. Şənbə

Real Hazardı yenə itirdi


Real Hazardı yenə itirdi
 “Real”ın hücumçusu Eden Hazard yenidən sıradan çıxıb.
 
Corner.az xəbər verir ki, bu barədə Madrid klubunun baş məşqçisi Zinədin Zidan açıqlama verib.
 
Fransalı mütəxəssis, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İtaliyanın “Atalanta” klubuna qarşı keçirəcəkləri cavab matçından öncə baş tutan mətbuat konfransında, Hazardın yenidən zədələndiyini və bir müddət oynamayacağını bəyan edib. 48 yaşlı mütəxəssis belçikalı futbolçunun durumu barədə danışarkən bunları söyləyib:
 
“Hazard zədədən əziyyət çəkir və tam hazır deyil. Açıqlaya bilmədiyim şeylər var. Pozitiv olmağa çalışıram və problem çıxarmaq istəmirəm. Nəsə düz getmir. Həyatı boyunca heç zədələnmədi, yalnız kiçik zədələri olub. Bu, yeni bir şeydir. Həqiqətən səbəbini açıqlaya bilmirəm. Ən qısa müddətdə sıraya dönməsi üçün köməyimizi əsirgəməməyə çalışırıq”.
 
Qeyd edək ki, Hazard İspaniya La Liqasının 27-ci turunda “Elçe”yə 2:1 hesabıyla qalib gəldikləri oyunda son 15 dəqiqədə meydana olmuşdu.






İspaniya L.L.

"Real" onu icarəyə göndərir
  • İspaniya L.L.
  • 23:52 19.12.2025
"Real" onu icarəyə göndərir
Mbappe Ronaldonun rekorduna yaxınlaşdı
  • İspaniya L.L.
  • 12:26 18.12.2025
Mbappe Ronaldonun rekorduna yaxınlaşdı