30 iyun 2026. Çərşənbə axşamı

Messi Xavinin rekordunu təkrarladı


Messi Xavinin rekordunu təkrarladı
 İspaniya La Liqasının 27-ci turunun “Hueska” ilə ev oyunu “Barselona”nın hücumçusu Lionel Messi üçün daha bir rekordla əlamətdar olub.
 
Corner.az xəbər verir ki, Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəyə sevindiyi bu görüşdə argentinalı futbolçu iki qol vurub, bir məhsuldar ötürmə müəllifi olub.
 
Messi bu oyunun iştirakçısı olmaqla Kataloniya təmsilçisinin heyətində 767-ci dəfə meydana çıxıb. Bununla da o, keçmiş komanda yoldaşı Xavi Ernandesin rekordunu təkrarlayıb.
 
Qeyd edək ki, 33 yaşlı Lionel Messi 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir. O, 767 oyunda 661 qola imza atıb.






İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"