24 mart 2026. Çərşənbə axşamı

Messi Ronaldonu qabaqladı - Qol sayısında


Messi Ronaldonu qabaqladı - Qol sayısında

Futbol üzrə İspaniya La Liqasının 28-ci turu çərçivəsində “Real Sosyedad”la oyunda (6:1) dubl edən “Barselona”nın hücumçusu Lionel Messi daha bir uğura imza atıb.

Corner.az xəbər verir ki, 33 yaşlı argentinalı futbolçu karyerası ərzində vurduğu qolların sayını 734-ə çatdırıb.

Messi indiyə qədər oyun vəziyyətindən 637 qol vurub. Bura futbolçunun standart vəziyyətlərdən vurduğu qollar da daxildir. Təcrübəli hücumçu yerdə qalan 97 qolu da penaltidən vurub.

“Barselona”nın ll futbolçusu penaltidən vurulmuş qolları çıxmaq şərtilə rəqib qapılarından keçirdiyi topların sayında İtaliyanın “Yuventus” klubunda çıxış edən Kriştiano Ronaldonu geridə qoyub. Portuqaliya yığmasının hücumçusu ümumi qollarının sayında Messidən daha öndədir – 770 qol. Lakin o, bunlardan 135-ni penaltidən vurub. Bir sözlə, Ronaldo Messi ilə müqayisədə oyun və standart vəziyyətdən 635 qol vurub.







İspaniya L.L.

"Sevilya" baş məşqçisiz qaldı
  • İspaniya L.L.
  • 20:16 23.03.2026
"Sevilya" baş məşqçisiz qaldı
"Bernal çox ağıllı oyunçudur"
  • İspaniya L.L.
  • 15:32 23.03.2026
"Bernal çox ağıllı oyunçudur"
Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi
 “Barselona”ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 19:59 22.03.2026
“Barselona”ya bir qol bəs etdi