24 oktyabr 2024. Cümə axşamı

Atletiko'nun hücumçusunun məşq zamanı ürəyi getdi


Atletiko'nun hücumçusunun məşq zamanı ürəyi getdi

 “Atletiko”un hücumçusu Mussa Dembele komandasının məşqi zamanı səhhəti ilə bağlı problemlə üzləşib.

Corner.az xəbər verir ki, ötən gün baş tutan hazırlıq zamanı fransalı futbolçunun ürəyi gedib.

Komanda yoldaşları dərhal onun yanına qaçıblar. Həkimlərin ilkin müdaxiləsindən sonra 24 yaşlı oyunçunun məşqi davam etdirməsi mümkün olmayıb və  Dembele təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

“Atletiko” hücumçunun durumu ilə bağlı rəsmi açıqlama da yayıb. Madrid təmsilçisindən verilən məlumata görə, Dembelenin səhhəti qaydasındadır və tezliklə yenidən komanda ilə məşq edə biləcək.

Qeyd edək ki, Mussa Dembele “Atletiko”ya bu ilin əvvəlində Lion'dan transfer edilib







İspaniya L.L.

Ayın futbolçusu adına namizədlər
  • İspaniya L.L.
  • 22:07 23.10.2024
Ayın futbolçusu adına namizədlər
Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi