21 iyun 2026. Bazar günü

Messi zədələndi - "El-clasico"nu buraxa bilər


Messi zədələndi - "El-clasico"nu buraxa bilər
Barcelona İspaniya La Liqasının 9-cu turunun Sevilla ilə oyununun ilk hissəsində ciddi itki ilə üzləşib.

Corner.az Goal.az-a istinadən xəbər verir ki, Kataloniya klubunun hücumçusu Lionel Messi 26-cı dəqiqədə qonaq komandanın yarımmüdafiəçisi Franco Vazquezlə toqquşmadan sonra zədələnib. Yerə düşən zaman sağ dirsəyindən xəsarət alan argentinalı futbolçu oyunu davam etdirə bilməyib və Ousmane Dembele ilə əvəzlənib.

Qeyd edək ki, Messi komandası 2:0 hesabı ilə öndə olarkən zədələnib.

Xatırladaq ki, Barcelona növbəti oyununu oktyabrın 24-də Çempionlar Liqasında İnter-ə qarşı keçirəcək. Kataloniyalılar 4 gün sonra isə "El-Classico"da Real-la üz-üzə gələcəklər. Messinin həmin oyunlarda oynayıb-oynamayacağı tibbi müayinədən sonra bilinəcək.






İspaniya L.L.

Sebalyos "Real Madrid"dən ayrılır
  • İspaniya L.L.
  • 23:09 17.06.2026
Sebalyos "Real Madrid"dən ayrılır
Rafa Mirə 8,5 il həbs cəzası verildi
  • İspaniya L.L.
  • 20:36 15.06.2026
Rafa Mirə 8,5 il həbs cəzası verildi
Xedira "Real Madrid"ə qayıdır
  • İspaniya L.L.
  • 12:22 15.06.2026
Xedira "Real Madrid"ə qayıdır