30 yanvar 2026. Cümə

Löv Barselonaya çox uyğun gəlir - Xavi


Löv Barselonaya çox uyğun gəlir - Xavi

“Barselona”nın sabiq futbolçusu Xavi, Almaniya yığmasında baş məşqçi postundan ayrılacağını açıqlayan Yoahim Lövlə bağlı açıqlama verib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, Xavi, almaniyalı mütəxəssisin oyun tərzinin “Barselona”ya uyğun olduğunu söyləyib:

“Löv böyük məşqçidir. Gözə xoş gələn hücum futbolu oynadır və bu yolla dünya çempionatını qazanıb. O, Almaniyada fərqli futbol anlayışı yaradıb. Bu, mənə İspaniya və “Barselona”lı günlərimi xatırladır. O, xarakteri və oyuna baxış tərzinə görə “Barselona”ya çox uyğun gəlir”.

Qeyd edək ki, Löv AÇ-2020-dən sonra Almaniya yığmasından ayrılacağını açıqlayıb.







İspaniya L.L.

“Real Madrid”in yay planı
  • İspaniya L.L.
  • 20:01 28.01.2026
“Real Madrid”in yay planı