20 dekabr 2025. Şənbə

Realın futbolçusu cərimələnə bilər


Realın futbolçusu cərimələnə bilər

"Real Madrid"in futbolçusu Marselo karantin qaydalarını pozub.

Corner.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi bu səbəbdən cərimələnə bilər.

Braziliyalı oyunçu instaqram səhifəsində Valensiyada ailəsi ilə birlikdə istirahətdə olduğu fotonu paylaşıb. O, həyat yoldaşı və iki oğlu ilə birlikdə tibbi maskadan istifadə etməyib.

Qeyd edək ki, İspaniyada koronavirus pandemiyası ilə əlaqədar hərəkət məhdudlaşdırılır. Məhdudiyyətlər iş və ya humanitar məqsədlər üçün olan səyahətlərə şamil edilmir. Eyni zamanda, ictimai yerlərdə maska ​​taxmaq hər kəs üçün məcburidir.(report)







İspaniya L.L.

"Real" onu icarəyə göndərir
  • İspaniya L.L.
  • 23:52 19.12.2025
"Real" onu icarəyə göndərir
Mbappe Ronaldonun rekorduna yaxınlaşdı
  • İspaniya L.L.
  • 12:26 18.12.2025
Mbappe Ronaldonun rekorduna yaxınlaşdı