30 iyun 2026. Çərşənbə axşamı

Real Serxio Ramosu yenə itirdi


Real Serxio Ramosu yenə itirdi
İspaniya millisinin və “Real”ın müdafiəçisi Serxio Ramos yenidən sıradan çıxıb.
 
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
35 yaşlı futbolçu millinin düşərgəsindən zədəli qayıdıb. Həkim müayinəsindən sonra onun sol ayaq əzələsindən zədələndiyi müəyyənləşib. Təcrübəli müdafiəçinin təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Bu da o deməkdir ki, Ramos aprelin 6-da Çempionlar Liqasının 1/4 finalında “Liverpul”la, ayın 10-da isə La Liqada “Barselona” ilə matçlarda komandasına kömək edə bilməyəcək.
 
Qeyd edək ki, Ramos bu mövsüm İspaniya La Liqasında 15 oyuna çıxıb, 2 qola imza atıb.






İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"