20 dekabr 2025. Şənbə

İspaniya kubokunu Real Sosyedad qazandı


İspaniya kubokunu Real Sosyedad qazandı

 İspaniya kubokunda 2019/20 mövsümünün final oyunu keçirilib.

Corner.az xəbər verir ki, həlledici oyunda “Atletik” “Real Sosyedad”la üz-üzə gəlib.

Əslində ötən mövsümün final qarşılaşması 2020-ci ildə baş tutmalı idi. Lakin bu oyun da əksər turnirlər kimi, koronavirus pandemiyasına görə təxirə salınmışdı. Komandalar bu oyunun azarkeşlərin iştirakı ilə təşkilində maraqlı olduğundan, final görüşünün növbəti mövsüm təşkil olunması qərara alınmışdı. Amma bütün cəhdlərə baxmayaraq, bu oyun sonda azarkeşsiz təşkil olunub.

“Sevilya”nın ev oyunlarını keçirdiyi Olimpiya Stadionunda baş tutan qarşılaşmanın ilk hissəsində qapılara qol vurulmayıb. 63-cü dəqiqədə penalti qazanan “Real Sosyedad” Mikel Oyarzabalın dəqiq zərbəsi ilə hesabı açıb. Üstünlüyünü sonadək qoruyan bu komanda 1:0 hesabıyla qələbə qazanmaqla ölkə kubokuna sahib çıxıb.

Beləcə, “Real Sosyedad” 34 illik fasilədən sonra İspaniya kubokunun qalibi olub. Sözügedən komanda tarixində üçüncü dəfə bu turnirin baş mükafatına sahib çıxıb.







İspaniya L.L.

"Real" onu icarəyə göndərir
  • İspaniya L.L.
  • 23:52 19.12.2025
"Real" onu icarəyə göndərir
Mbappe Ronaldonun rekorduna yaxınlaşdı
  • İspaniya L.L.
  • 12:26 18.12.2025
Mbappe Ronaldonun rekorduna yaxınlaşdı