21 iyun 2026. Bazar günü

Gareth Bale vergidən yayınmaqda günahlandırılır


Gareth Bale vergidən yayınmaqda günahlandırılır

Real-ın yarımmüdafiəçisi Gareth Balein başı dərddədir.

Corner.az Goal.az-a istinadən xəbər verir ki, İspaniya vergi xidməti futbolçunun vergidən yayındığını açıqlayıb. Balein  2013-cü ildən bəri vergi ödəmədiyi deyilir. Qalliyalının əsas borcu 200 min avro təşkil edir. Gecikməyə görə cərimələnən yarımmüdafiəçi əlavə 100 min avro ödəməlidir. Cərimənin faizi isə 37 min avro hesablanıb. Beləliklə, məsuliyyətə cəlb olunmamaq üçün, Beyl ümumilikdə 337 min avro ödəmək məcburiyyətindədir.

29 yaşlı yarımmüdafiəçi 2013-cü ildə 101 milyon avro qarşılığında Tottenham-dan Real-a transfer olunub. Bu mövsüm Madrid klubunun heyətində 11 oyuna çıxıb və 4 qol vurub.

Xatırladaq ki, İspaniya vergi xidməti bir müddət bundan əvvəl Real-ın digər yarımmüdafiəçisi Luka Modriçi vergidən yayınmaqda günahlandırmışdı.







İspaniya L.L.

Sebalyos "Real Madrid"dən ayrılır
  • İspaniya L.L.
  • 23:09 17.06.2026
Sebalyos "Real Madrid"dən ayrılır
Rafa Mirə 8,5 il həbs cəzası verildi
  • İspaniya L.L.
  • 20:36 15.06.2026
Rafa Mirə 8,5 il həbs cəzası verildi
Xedira "Real Madrid"ə qayıdır
  • İspaniya L.L.
  • 12:22 15.06.2026
Xedira "Real Madrid"ə qayıdır