15 may 2026. Cümə

Atletiko'da Suares şoku


Atletiko'da Suares şoku

İspaniyanın “Atletiko” klubu ciddi itki ilə üzləşib.

Corner.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Luis Suares sıradan çıxıb. Bu barədə AS nəşri məlumat yayıb. 34 yaşlı futbolçu komandanın son məşqində zədələnib. Suaresin 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, “Atletiko” La Liqada 69 xalla liderdir. Uruqvaylı futbolçu bu mövsüm çempionatda 26 oyunda 19 qol vurub.







İspaniya L.L.

 “Valensiya” evdə xal itirdi
  • İspaniya L.L.
  • 23:47 14.05.2026
“Valensiya” evdə xal itirdi
Mbappe “Real”ın heyətinə qayıtdı
  • İspaniya L.L.
  • 21:51 14.05.2026
Mbappe “Real”ın heyətinə qayıtdı