15 may 2026. Cümə

Messi Barselona üçün hər şey edir - Benzema


Messi Barselona üçün hər şey edir - Benzema

“Real”ın futbolçusu Kərim Benzema La Liqanın 30-cu turu çərçivəsində “Barselona”ya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Corner.az “goal”a istinadən xəbər verir ki, 33 yaşlı  hücumçu, həftəsonu oynanılacaq “el klasiko”da Lionel Messiyə qarşı diqqətli olmalı olduqlarını deyib:

“Barselona” hər zaman topa daha çox sahib olan tərəf olmaq istəyir. Onların yaxşı qapıçısı və "Barselona" üçün hər şeyi edən Messisi var.Messi “Barselona” üçün hər şey edirlər. Messiyə qarşı diqqətli olmaq lazımdır. Bəlkə də, hazırda karyeramın ən yaxşı mövsümlərindən birini keçirirən. Hər mövsümə sıfırdan başlayıram və əvvəlkindən daha yaxşı olmağı hədəfləyirəm.

Oyunda əsas məqsədimiz qalib gəlməkdir. Qarşımızda hələ çox oyun var. Çempionatın taleyi sonda bilinəcək”.

Qeyd edək ki, sabah keçiriləcək “Real” – “Barselona” matçı saat 23:00-da başlayacaq.







İspaniya L.L.

 “Valensiya” evdə xal itirdi
  • İspaniya L.L.
  • 23:47 14.05.2026
“Valensiya” evdə xal itirdi
Mbappe “Real”ın heyətinə qayıtdı
  • İspaniya L.L.
  • 21:51 14.05.2026
Mbappe “Real”ın heyətinə qayıtdı