30 iyun 2026. Çərşənbə axşamı

Messi növbəti rekorda imza atdı


Messi növbəti rekorda imza atdı

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi unikal statistik nailiyyətə imza atıb.

Corner.az-ın məlumatına görə, 33 yaşlı hücumçu İspaniya Kral Kubokunda "Atletik"lə final oyunundakı dublu sayəsində turnirin 10 həlledici matçında 9 qol vurub. Beləliklə, argentinalı kapitan “Atletik”in əfsanəvi futbolçusu Telmo Sarranın rekordunu üstələyib. Sarranın aktivində 8 qol olub.

Bu, Messi üçün ümumilikdə 35-ci titul olub. Messi 10 dəfə İspaniya çempionu, 8 dəfə ölkə Super kuboku, 7 dəfə Kral Kuboku, 4 dəfə Çempionlar Liqası, 3 dəfə UEFA Super Kubokunun qalibi və 3 dəfə klublararası dünya çempionu olub.

Qeyd edək ki, "Barselona" "Atletik"i 4:0 hesabı ilə yenərək, tarixində 31-ci dəfə İspaniya Kral Kubokunu qazanıb. İkinci yerdə gedən "Atletik"də isə bu göstərici 23-dür







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"