- İspaniya L.L.
- 16:16 21.11.2024
Barcelona klubunun prezidenti Josep Maria Bartomeu İspaniya mətbuatına açıqlama verib.
Corner.az xəbər verir ki, “Marca" nəşrinə danışan klub prezidenti, Lionel Messi və Jordi Alba ilə yeni müqavilə imzalamaq istədiklərini bildirib: “Messi bizimlə davam edəcək, yaxın zamanda yeni müqavilə imzalayacağıq. O, klubun ən yaxşı futbolçusudur. Messi və “Barcelona” arasındakı münasibətlər həmişə sıx olacaq. Alba da bizimlə qalmaq istəyir. Ona 5 illik yeni müqavilə təklif etmişik. Ümid edirəm ki, danışıqlarımız müsbət yekunlaşacaq.
Bartomeu baş məşqçi haqqında da açıqlama verib : Ernesto Valverde inanıram ki, burda qalacaq. O artıq bizimlə ikinci mövsümünü keçirir. Valverdenin komandaya yaxşı rəhbərlik edəcəyinə inanıram.”