24 oktyabr 2024. Cümə axşamı

Superliqa ölməyib, layihə üzərində işləyəcəyik


Superliqa ölməyib, layihə üzərində işləyəcəyik

"Real Madrid" klubunun və Avropa Super Liqasının prezidenti Florentino Peres turnirin hazırkı vəziyyətindən danışıb.

Corner.az-ın məlumatına görə, 74 yaşlı funksioner Superliqanın ölmədiyini bildirib.

Peres hazırda gözləmə rejimində olduqlarını sözlərinə əlavə edib: "Layihə üzərində işləyəcəyik. 12 təsisçi klubun hamısı eyni müqavilələri imzalayıb. Heç bir klub Superliqanı tərk etdiyi üçün təzminat ödəməyib. Rəsmi olaraq hələ heç kim çıxmayıb. Düşünürəm ki, İngiltərədəki altı klubdan biri bu layihədən əmin deyildi. Məhz bu məqam qalan komandalar üçün yoluxucu oldu. Çox kədərlənirəm. Ola bilsin, biz Superliqa layihəsini düzgün izah etməmişdik".

Qeyd edək ki, İspaniyanın "Barselona" və "Real Madrid"dən başqa 10 klub Superliqadan ayrıldığını açıqlayıb.







İspaniya L.L.

Ayın futbolçusu adına namizədlər
  • İspaniya L.L.
  • 22:07 23.10.2024
Ayın futbolçusu adına namizədlər
Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi