24 mart 2026. Çərşənbə axşamı

Messi Pelenin daha bir rekordunu qırdı


Messi Pelenin daha bir rekordunu qırdı

 "Barselona"nın futbolçusu Lionel Messi braziliyalı əfsanəvi hücumçu Pelenin rekordunu növbəti dəfə qırıb.

Corner.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı argentinalı forvard buna "Xetafe"ni 5:2 hesabı ilə məğlub etdikləri La Liqanın 31-ci tur matçında nail olub.

Görüşdə dubla imza atan Messi La Liqada 469-cu qolunu vurub və bir çempionatda ən çox fərqlənən oyunçu olub. Bundan əvvəl Pele 1957 - 1974-cü illərdə Braziliya çempionatında "Santos"un heyətində 468 qola imza atıb.

Tarixdə hansısa futbolçu bir çempionatda Messi qədər fərqlənməyib.

Qeyd edək ki, Lionel Messi 2004-cü ildən "Barselona"nın əsas komandasında oynayır. O, daha əvvəl ümumi qol sayında da Pelenin rekordunu geridə qoyub.







İspaniya L.L.

"Sevilya" baş məşqçisiz qaldı
  • İspaniya L.L.
  • 20:16 23.03.2026
"Sevilya" baş məşqçisiz qaldı
"Bernal çox ağıllı oyunçudur"
  • İspaniya L.L.
  • 15:32 23.03.2026
"Bernal çox ağıllı oyunçudur"
Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi
 “Barselona”ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 19:59 22.03.2026
“Barselona”ya bir qol bəs etdi