“Real” ilk oyunda “Çelsi” ilə qollu bərabərə qalıb – 1:1. Komandalar arasındakı cavab matçı mayın 5-də keçiriləcək.
“Real”ın futbolçusu Marselo Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində “Çelsi”yə qarşı keçirəcəkləri səfər matçında iştirak edə biləcək.
Corner.az xəbər verir ki, mayın 4-də, Madriddə keçiriləcək seçkilərdə nəzarətçi təyin olunan braziliyalı futbolçu bir gün sonrakı oyuna xüsusi təyyarə ilə aparılacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. “Real” Marselonu gətirəcək təyyarəyə 20 min avro ödəyəcək.
Mayın 4-də, saat 08:00-dan 21:00-a qədər seçki məntəqəsində qalmalı olan Marselo, bir gün sonra keçiriləcək “Çelsi” – “Real” matçında iştirak edə biləcək.
“Real” ilk oyunda “Çelsi” ilə qollu bərabərə qalıb – 1:1. Komandalar arasındakı cavab matçı mayın 5-də keçiriləcək.