5 oktyabr 2026. Bazar ertəsi

La Liqanı qazanmaq istəyirik - Zidan


La Liqanı qazanmaq istəyirik - Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan La Liqanın 34-cü turu çərçivəsində “Osasuna”ya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini açıqlayıb.

Corner.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan fransalı mütəxəssis, La Liqanı qazanmaq istədiklərini bildirib:

“Vacib olan mümkün qədər çox xal qazanmaqdır. La Liqada çempionluq üçün dörd komanda mübarizə aparır və bu yarış sona qədər davam edəcək. Hər xırda detallar önəmlidir. Çempion olmaq üçün  bütün gücümüzlə mübarizə aparacağıq.

La Liqa çox çətindir. Rəqiblərimizin xal itirməsini gözləməyi sevmirəm. La Liqanı qazanmaq istəyirik və bunun üçün də axıra qədər döyüşəcəyik. Hazırda bütün diqqətimiz “Osasuna” ilə görüşdədir”.

Qeyd edək ki, bu gün keçiriləcək “Real” – “Osasuna” matçı saat 23:00-da start götürəcək. “Real” La Liqada 71 xalla 2-ci sıradadır. “Kral klubu” lider “Atletiko”dan 2 xal geri qalır.







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”