30 iyun 2026. Çərşənbə axşamı

Messi evində qonaqlıq verdiyi üçün problemlə üzləşdi


Messi evində qonaqlıq verdiyi üçün problemlə üzləşdi

"Barselona"nın futbolçusu Lionel Messi problemlə üzləşib.

Corner.az-ın "Marca"ya istinadən məlumatına görə, 33 yaşlı hücumçu evində komanda yoldaşlarına qonaqlıq verib. Onlar həm La Liqanın 34-cü turunda "Valensiya" üzərində qazandıqları 3:2 hesablı qələbəni qeyd ediblər, həm də mayın 8-də "Atletiko"ya qarşı keçirəcəkləri vacib qarşılaşmaya qeyri-formal durumda hazırlaşmaqdan ibarət olub.

Kapitan komandadaxili ab-havadan çox narahat olduğu üçün belə bir addım atıb. Futbolçular asudə vaxtlarını o qədər şən keçiriblər ki, Messinin villasından "Çempionlar-çempionlar, ole-ole-ole" sədaları eşidilməyə başlayıb.

Argentinalı futbolçunun karantin qaydalarını pozması ilə əlaqədar La Liqa rəhbərliyi araşdırmalara başlayıb.

Məsələni və Kataloniya bölgəsinin rəsmiləri də yaxından izləyirlər. Bu regionda mayın 9-dək evdə 6 nəfərdən çox insanın toplanması qadağan edilib.(report)







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"