5 oktyabr 2026. Bazar ertəsi

Barselona yenə xal itirdi


Barselona yenə xal itirdi

İspaniya La Liqasında 36-cı turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Turun açılış matçında “Osasuna” doğma meydanda “Kadis”lə qarşılaşıb. Beş qolun qeydə alındığı oyunda meydan sahibləri qələbə qazanıb. “Elçe” “Alaves”i qəbul edib və iki cavabsız qolla məğlub olub.

“Barselona” isə səfərdə “Levante”nin qonağı olub. Altı qolun qeydə alındığı bu oyunda isə qalib müəyyənləşməyib.

İspaniya La Liqası, 36-cı tur

11 may

Osasuna – Kadis 3:2
Qol
: Budimir, 38; 75. Torres, 86 – Saponyiç, 49-pen. Perea, 90+1.

Elçe – Alaves 0:2
Qol
: Xoselu, 40. Rioxa, 54.

Levante – Barselona 3:3
Qol
: Melero, 57. Morales, 59. Leon, 83 – Messi, 85. Pedri, 34. Dembele, 64.







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”