5 oktyabr 2026. Bazar ertəsi

Son dəqiqəyə qədər döyüşəcəyik - Zidan


Son dəqiqəyə qədər döyüşəcəyik - Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan La Liqanın 37-ci turunda “Atletik”i məğlub etdikləri oyundan sonra fikirlərini açıqlayıb.

Corner.az xəbər verir ki, AS nəşrinə danışan fransalı mütəxəssis, 1:0 hesabıyla bitən matçı belə şərh edib:

“Oyunda bacardığımızı etdik. Digər matçlardakı nəticələr bizdən asılı deyil. Vəziyyəti bilirik. Son dəqiqəyə qədər döyüşəcəyik. Son matça da yaxşı köklənməliyik. Çempionluğa inanan futbolçularım var. Buna görə çox xoşbəxtəm”.

Xatırladaq ki, “Real” La Liqada 81 xalla 2-ci sıradadır. Madrid təmsilçisi sona bir tur qalmış lider “Atletiko”dan 2 xal geri qalır.







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”