- İspaniya L.L.
- 16:21 24.11.2024
"Barselona" büdcəsində yaranan problemlərə görə 4 futbolçusundan maaşlarında güzəştə getmələrini istəyir.
Corner.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, həmin oyunçular Antuan Qrizmann, Jerar Pike, Serji Roberto və Serxio Busqetsdir. Kataloniya təmsilçisinin hazırda əsas planı "Mançester Siti"dən Serxio Aquero və "Lion"dan Memfis Depayı transfer etmək və Lionel Messi ilə yeni müqavilə imzalamaqdır. Lakin ən çətin olan Messi'ni komandada saxlamağı görülür. Bu səbəbdən də "Barselona" sözügedən futbolçulardan maaşlarında güzəştə getməyi xahiş edir.
Qeyd edək ki, Qrizmann 2017-ci, Roberto 2011-ci, Busqets və Pike isə 2008-ci ildən "Barselona"da çıxış edir.