24 mart 2026. Çərşənbə axşamı

La Liqa'da mövsüm yekunlaşdı


La Liqa'da mövsüm yekunlaşdı
 İspaniya La Liqasında 2020/21 mövsümünə yekun vurulub.

Corner.az xəbər verir ki, mövsümün sonuncu - 38-ci turu iki qarşılaşma ilə yekunlaşıb.
 
“Qranada” doğma meydanda “Xetafe” heç-heçəyə razılaşıb. “Sevilya” isə “Alaves”lə oyunda minimal hesabla qalib gəlib.
 
Beləliklə, Madrid “Atletiko”su 86 xalla çempion olub. Madridin digər təmsilçisi “Real” 84 xalla ikinci yeri tutub. 79 xalla “Barselona” isə bürünc mükafatçı olub. Bu komandalarla birgə, 77 xalla dördüncü olan “Sevilya” da UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıb.
 
Beşinci və altıncı yerləri tutan “Real Sosyedad”la (62 xal) “Betis” (61 xal) İspaniyanı Avropa Liqasında təmsil edəcək. 58 xalal yeddinci olan “Vilyarreal” isə Avropa Konfrans Liqasında mübarizə aparacaq.
 
Son üç pilləni tutan “Hueska” (34 xal), “Valyadolid” (31) və “Eybar” (30) La Liqanı tərk edəcək.
 
İspaniya La Liqası
38-ci tur
21 may
 
Levante – Kadis 2:2
Qol: Rocer, 8. Melero, 58 – Neqredo, 14. Akapo, 32.
 
22 may
 
Selta – Betis 2:3
Qol: Aspas, 32-pen. Mendes, 49 – B.İqlesias, 53-pen. Fekir, 69. V.Ruis, 73.
 
Eybar – Barselona 0:1
Qol: Qrizmann, 81.
 
Elçe – Atletik 2:0
Qol: Boye, 28. Quti, 73.
 
Hueska – Valensiya 0:0
 
Osasuna – Real Sosyedad 0:1
Qol: İsak, 86.
 
Real – Vilyarreal 2:1
Qol: Benzema, 87. Modriç, 90+2 – Pino, 20.
 
Valyadolid – Atletiko 1:2
Qol: Plano, 18 – Korrea, 57. L.Suares, 67.
 
23 may
 
Qranada – Xetafe 0:0
 
Sevilya – Alaves 1:0
Qol: A.Qomes, 90+2.






İspaniya L.L.

"Sevilya" baş məşqçisiz qaldı
  • İspaniya L.L.
  • 20:16 23.03.2026
"Sevilya" baş məşqçisiz qaldı
"Bernal çox ağıllı oyunçudur"
  • İspaniya L.L.
  • 15:32 23.03.2026
"Bernal çox ağıllı oyunçudur"
Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi
 “Barselona”ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 19:59 22.03.2026
“Barselona”ya bir qol bəs etdi