24 mart 2026. Çərşənbə axşamı

İsrafilovun komandası mövsümü sonuncu pillədə bitirdi


İsrafilovun komandası mövsümü sonuncu pillədə bitirdi
Futbol üzrə İspaniya 2-ci liqasında 2020/21 mövsümünə yekun vurulub.

Corner.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu “Albasete” də bu mövsümün sonuncu matçına çıxıb.
 
Sözügedən kollektiv 42-ci tur çərçivəsində doğma meydanda “Fuenlabrada” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
 
İsrafilov bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
“Albasete” 42 oyuna topladığı 38 xalla mövsümün 22 iştirakçı arasında sonuncu pillədə başa vurub. Eddi İsrafilov isə geridə qalan mövsümdə 34 oyunda meydana çıxıb, 2 qol vurub, 9 sarı vərəqə ilə cəzalanıb






İspaniya L.L.

"Sevilya" baş məşqçisiz qaldı
  • İspaniya L.L.
  • 20:16 23.03.2026
"Sevilya" baş məşqçisiz qaldı
"Bernal çox ağıllı oyunçudur"
  • İspaniya L.L.
  • 15:32 23.03.2026
"Bernal çox ağıllı oyunçudur"
Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi
 “Barselona”ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 19:59 22.03.2026
“Barselona”ya bir qol bəs etdi