5 oktyabr 2026. Bazar ertəsi

Söz verirəm ki, əlimdən gələni edəcəm - Aquero


Söz verirəm ki, əlimdən gələni edəcəm - Aquero

“Barselona” klubunun yeni transferi Serxio Aquero açıqlama verib.

Corner.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan 32 yaşlı hücumçu, “Barselona”ya keçidi haqda bunları deyib:

“Barselona”nın dünyanın ən yaxşı klubu olduğunu hamımız bilirik. Bura gəlməklə böyük qərar vermiş olduğumu bilirəm. Komandaya kömək etmək üçün əlimdən gələni edəcəm. “Barselona”ya gəlmək karyeramda irəli atılan bir addımdır.

Çox xoşbəxtəm. Ümid edirəm ki, bu komanda ilə kuboklar qazanacam. Hər şeydən əvvəl komandama kömək etmək istəyirəm. Komanda yaxşı çıxış etsə, mən də yaxşı olacam. Söz verirəm ki, əlimdən gələni edəcəm”.

Argentinalı futbolçu “Barselona” ilə iki illik müqaviləyə imza atıb.







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”