19 dekabr 2025. Cümə

Real'ın təklifi gözlənilməz oldu - Ançelotti


Real'ın təklifi gözlənilməz oldu - Ançelotti

“Real”ın yeni baş məşqçisi Karlo Ançelotti açıqlama verib.

Corner.az xəbər verir ki, “Marca”ya danışan 61 yaşlı mütəxəssis, təyinatı ilə bağlı fikirlərini bölüşüb:

“Bu fantastik komandanı idarə etmək üçün mənə imkan yaratdığına görə “Everton”a, futbolçulara və azarkeşlərə təşəkkür edirəm. Ümid edirəm ki, onlar daha yaxşı fürsətləri reallaşdıracaqlar. “Everton”da işləməkdən zövq aldım. Onlara və klubun azarkeşlərinə ən yaxşı şeyləri arzu edirəm.

“Real”ın təklifi gözlənilməz oldu. Ailəmlə birlikdə düzgün qərar verdiyimizə inanıram. “Real” hər zaman qəlbimdə olub”.

“Real” italyan mütəxəssis ilə 3 illik müqavilə imzalayıb.







İspaniya L.L.

Mbappe Ronaldonun rekorduna yaxınlaşdı
  • İspaniya L.L.
  • 12:26 18.12.2025
Mbappe Ronaldonun rekorduna yaxınlaşdı