5 oktyabr 2026. Bazar ertəsi

Altı il əvvəlki Ançelotti deyiləm


Altı il əvvəlki Ançelotti deyiləm

"Real”ın yeni baş məşqçisi Karlo Ançelottinin mətbuat konfransı keçirilib.

Corner.az “Marca”ya istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis, media nümayəndələri ilə görüşdə bunları deyib:

“Altı il əvvəlki Ançelotti deyiləm. Geridə qalan illər ərzində müsbət və mənfi təcrübə qazanclarım oldu. Bəzən pis təcrübələr də inkişaf etməyə kömək olur.

“Real”ın heyəti yaxşıdı. Toni Kroos, Kərim Benzema, Luka Modriç kimi futbolçularla əvvəl də işləmişəm. Klubun heyətində yüksək keyfiyyəti olan oyunçular var. Ehtiyat oyunçular skamyasında say çoxdur, onu azaltmalıyıq. Yaxın zamanda nələr edəcəyimizə qərar verəcəyik”.

Qeyd edək ki, italyan mütəxəssis “Real”la üç illik müqavilə imzalayıb.







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”