15 may 2026. Cümə

Barselona Depay'la razılaşdı


Barselona Depay'la razılaşdı

"Lion”la müqaviləsinin müddəti bitən Memfis Depay karyerasını “Barselona”da davam etdirəcək.

Corner.az xəbər verir ki, niderlandlı hücumçu Kataloniya təmsilçisi ilə müqavilə imzalamağa hazırlaşır. Bu barədə “Barselona”nın baş məşqçisi Ronald Kuman Niderland mətbuatına açıqlamasında deyib. 58 yaşlı mütəxəssis, Depayla hələ müqavilə imzalamadıqlarını, lakin sənədlərin artıq hazır olduğunu bildirib:

“Demək olar ki, Depay bizimlə olacaq. Hələ müqavilə imzalamamışıq, ancaq sənədlər hazırdır. Yanvarda onun “Barselona”ya keçməsini istəyirdim. İndi baş versə, əla olar. Onunla nələr edəcəyimizi bilirik”.

Depayın yaxın zamanda “Barselona” ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.







İspaniya L.L.

 “Valensiya” evdə xal itirdi
  • İspaniya L.L.
  • 23:47 14.05.2026
“Valensiya” evdə xal itirdi
Mbappe “Real”ın heyətinə qayıtdı
  • İspaniya L.L.
  • 21:51 14.05.2026
Mbappe “Real”ın heyətinə qayıtdı